Haqqımızda

Haqqımızda

“VUDI” MMC mebel sahəsində böyük uğurlara  imza atmış mebel şirkətidir. Şirkətin məqsədi gələcək dizaynları əks etdirən layihələr həyata keçirmək,onların keyfiyyətlə bağlı gözləntilərini reallaşdırmaq, eyni zamanda müştərilərin qiymət seçimi üçün ən uyğun alternativ verməkdir.
Əsas missiyamız müasir dövrün tələblərinə uyğun keyfiyyətli və sərfəli ofis, hotel və  restoran mebellərinin istehsalı və satışı ilə müştərilərimizi məmnun salmaqdır. Bundan başqa dünyadakı texnoloji yenilikləri izləyərək, tərəfdaşlıq çərçivəsində bütün hədəf müştərilərimizə tam konsteptual həllər verib,onların bizneslərinə dəstək verməkdir. 
Biz bir çox şirkətlərlə əməkdaşlıq edirik, onların sırasında:  “Kapital Bank” ASC, “Azərbaycan Beynəlxalq Bank” ASC, “Rabitə bank” ASC, “Premium Bank” ASC, “ADY Əmlak” MMC, “Arash Medical Company” QSC, “Diler İnşaat” QSC, “Euroclima” MMC, “Ultra Technologies” MMC, “Azeronline LTD” BM, “AAS-ATE” MMC, “Aqro-Az” MMC, “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ, “Alat Bay İndustrial Development LTD” MMC,  “Bonafide” MMC, “Build Production” MMC, “Hüquqi  Ekspertiza və İnsan Haqqları İdarəsi” PHŞvə s.
Müştərilərin istəklərinə əsasən eskizlər tərtib olunur, qəbul olunduqdan sonra sifarişlər ən qısa müddətdə təhvil verilir. Təklif etdiyimiz mebellərə 1 il zəmanət verilir və zəmanət bitdikdən sonra real servis xidmətilə təklif edirik.
Bizim mebel yüksək zövqə malik və həyatdan yalnız hər şeyin ən yaxşısını əldə etmək istəyənlər üçündür. Biz sizinlə əməkdaşlıq etmək istərdik!